Türkiyədə İsrail kəşfiyyatına məlumat ötürən 2 nəfər tutuldu
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib
Türkiyədə İsrail kəşfiyyatına məlumat ötürən 2 şübhəli həbs edilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” platformasında məlumat verib.
"Türkiyədə olan şəxslər və şirkətlərlə bağlı məlumatları İsrail kəşfiyyat ünsürlərinə ötürən 8 şübhəli saxlanılıb və onlardan 2-si həbs olunub" – o qeyd edib.