Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana gəlir
Səfər çərçivəsində Baş nazir İlham Əliyevlə təkbətək görüşəcək
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə bu gün Azərbaycan Respublikasına yola düşüb.
Səfər çərçivəsində Baş nazirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü, daha sonra mətbuata birgə bəyanatlar verilməsi nəzərdə tutulur.
Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə baş nazirin müavini/iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.