XƏBƏRLƏR / Qonşular

Tbilisidə etiraz aksiyası keçirilir, saxlanılanlar var

Aksiya LGBT festivalına qarşı təşkil olunub

Tbilisidə etiraz aksiyası keçirilir, saxlanılanlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın paytaxtında etiraz aksiyası keçirilir.

    Yerli media xəbər verir ki, aksiya LGBT festivalına qarşı təşkil olunub. Milli dəyərləri müdafiə edənlərin yürüşünə yüzlərlə insan qatılıb. Onlar Tbilisinin mərkəzində, Vaja Pşavelanın abidəsi önünə toplaşıb.

    Aksiyaçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb. Polis etirazçılardan bir neçə nəfəri saxlayıb.