XƏBƏRLƏR / Qonşular

Ermənistan 44 günlük müharibə haqda gerçəyi bilmək istəmədi

Müharibənin səbəb və şəraitini araşdıran parlament komissiyanın hesabatı müzakirəsiz arxıvə göndərilib

Ermənistan 44 günlük müharibə haqda gerçəyi bilmək istəmədi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan 44 günlük müharibə ilə bağlı hazırladığı hesabatı öz arxivinə verib. Bu məlumat indi məxfi sayılır və yalnız xüsusi icazəsi olanlar üçün əlçatandır.

    Ermənistan parlamenti spikerinin mətbuat katibi Movses Arutyunyan bildirib ki, zaman keçməsi səbəbindən 44 günlük müharibənin səbəb və şəraitini araşdıran komissiyanın hesabatının plenar iclasın gündəliyinə salınması hüquqi baxımdan mümkün olmayıb və bu səbəbdən sənəd Milli Assambleyanın arxivinə verilib.

    Qeyd edək ki, 44 günlük Müharibənin səbəb və şəraitini araşdıran parlament Komissiyası 2022-ci ilin fevralında yaradılıb. Komissiyanın sədri Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan təyyin edilib.

    Komissiyanın səlahiyyət müddəti iki dəfə - 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında uzadılıb. Komissiyanın mandatı 2023-cü ildə başa çatıb.

    2024-cü ilin sentyabrında Komissiyanın rəhbəri 44 günlük müharibənin şəraiti ilə bağlı rəyin hazır olduğunu bəyan edib. O qeyd edib ki, hesabatda erməni tərəfinin məğlubiyyətinin səbəbləri “müxtəlif və çoxşaxəli” olub.

    Hesabat Milli Assambleyanın sədrinə ancaq bir ildən sonra – 2025-ci ilin sentyabrında göndərilib. Oktyabrın 1-də parlamentin sədri Alen Simonyan plenar iclasda 44 günlük müharibənin şəraiti ilə bağlı komissiyanın hesabatını təqdim etmək üçün heç bir hüquqi əsas görməyib. O bildirib ki, “müddət bitib”.