XƏBƏRLƏR / Qonşular

Kurtulmuş Bakıda şəhidləri andı FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib

Kurtulmuş Bakıda şəhidləri andı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət edib.

    Kurtulmuş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Bundan əvvəl TBMM sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

    Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

    Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.