"Bayramov-Lavrov-Mirzoyan görüşünün təşkilinə hazırıq"
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib
"Moskva yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır".
"Sputnik" xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
"Rusiya tərəfi İrəvanla Bakı arasında gərginliyi aradan qaldıra biləcək istənilən təmasları alqışlayır. Bununla belə, Putin, Paşinyan və Əliyev arasında razılaşmalar normallaşma üçün “yol xəritəsi” olaraq qalır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.