
16:47
İranda baş verən yol qəzasında 21 nəfər ölüb.
Bu barədə İran mənbələri məlumat yayıb.
***
15:26
İranın Fars əyalətində Firuzabad və Kəvar şəhərləri arasındakı şosedə avtobusun aşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bu barədə bölgənin təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.
"Son statistik məlumatlara əsasən, Firuzabad – Kəvar avtomobil yolunda avtobusun aşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb".
M.Abed həmçinin bildirib ki, xəsarət alanların sayı 27-yə çatıb.