Nikol Paşinyan: II Qaregini istefa verməyə məcbur edəcəyik
Ermənistanın Baş naziri brifinqdə belə deyib
Bütün ermənilərin katolikosu II Qaregini istefa verməyə məcbur edəcəyik.
Ermənistanın Baş naziri Nikol Paşinyan bunu yerli televiziyada yayımlanan brifinqdə deyib. “Siz deyirsiniz ki, Ktriç Nersisyanın (II Qaregin) getmək niyyəti yoxdur. Biz onu fikrini dəyişməyə məcbur edəcəyik. Heç kimin getmək niyyəti olmur. Serj Sarkisyanın (sabiq prezident) da getmək niyyəti yox idi, amma getdi. Bu Ktriç Nersisyana da aiddir: o, getməyə məcbur olacaq”, - deyə Nikol Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, bu proses heç bir təlatüm olmadan, “xristian təvazökarlığı ilə” həyata keçiriləcək.
2025-ci il dekabrın 8-də Nikol Paşinyan ömürlük seçilən bütün ermənilərin katolikosu II Qareginin vəzifədən kənarlaşdırılmasından sonra “Erməni Apostol Kilsəsinin yenilənməsi” planını təqdim edib. Bu plan cari il yanvarın 4-də hökumət başçısı və 10 yepiskop tərəfindən imzalanıb.
1 dəqiqə