Mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək
Türkiyə Prezidenti R.T.Ərdoğan bu barədə partiyasının parlament fraksiyasının toplantısında bəyan edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan erkən prezident seçkilərinin keçirilməsindən danışıb. "TRT Haber" xəbər verir ki, Ərdoğan bu barədə partiyasının parlament fraksiyasının toplantısında söz açıb.
"Rəhmətlik Menderes (Türkiyənin keçmiş baş naziri Adnan Menderes nəzərdə tutulur) 14 may 1950-ci ildə "Yetər, söz millətindir" deyərək seçki qutusundan əzici bir zəfərlə çıxmışdı. Millətimiz 73 il sonra bir dəfə də eyni gün Altılı masa deyib qabağımıza çıxan bu çevriliş tərəfdarlarına "yetər" deyəcəkdir", - deyə Ərdoğan söyləyib.