Ohanyan, Köçəryan və başqaları qapalı dinləməyə buraxılmadı
Alen Simonyan bu qadağanı sözügedən deputatların məxfi materiallara çıxış icazəsinin olmaması ilə izah edib
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və bir sıra müxalif deputatlar parlamentdə delimitasiya məsələləri üzrə qapalı müzakirələrə buraxılmadı. VİDEO
Bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, müzakirələrdə iştirakına icazə verilməyən deputatlar arasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da var.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu qadağanı sözügedən deputatların məxfi materiallara çıxış icazəsinin olmaması ilə izah edib.
Zalda qalan deputatlardan telefonlarını təhvil vermələri istənilib, jurnalistlər isə zalı tərk edib.