Tehranda 5 tərəfli 3+3 görüşü başladı YENİLƏNİR
Bu barədə İran KİV-ləri xəbər yayıb
09:36
Tehranda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıq olub.
Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" toplantısından sonra mətbuata açıqlamasında deyib.
O vurğulayıb ki, Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır.
Nazir qeyd edib ki, sözügedən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb.
Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.
“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycan isə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir”, - nazir qeyd edib.
***
İran mediası Tehranda İran, Rusiya, Ermənistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin “3+3” formatında görüşünün başlaması barədə məlumat yayıb.
Görüşdə Ermənistanla Azərbaycan arasında əlaqələrin inkişafı mövzusu da müzakirə olunacaq.