İrəvanın mərkəzində "azərbaycanlı diversant" qarabasması
Ermənistan Daxili İşlər Nazirliyi sosial şəbəkələri təkzib edib
"Sosial şəbəkələrdə İrəvanın mərkəzində “azərbaycanlı diversant”ın saxlanması ilə bağlı yayılan məlumatlar reallığa əks etdirmir..."
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib ki, aprelin 8-də saat 23:25 radələrində narkotik saxlamaq və istifadə etməkdə şübhəli bilinən Daxili İşlər Nazirliyinin polis əməkdaşları Maştots prospekti ilə Amiryan küçəsinin kəsişməsində Rusiya Federasiyasının vətəndaşı həbs edilib: Onun üzərindən narkotik maddə aşkar edilməyib, onun Ermənistan Respublikasında turizm məqsədilə olduğu müəyyən edilib. O, sərbəst buraxılıb.
Bundan əvvəl erməni informasiya zibilxanaları guya İrəvanın mərkəzində həbs edilən azərbaycanlı diversantın əks olunduğu video yayıb.