XƏBƏRLƏR / Qonşular

İran Türkiyənin azərbaycanlılara yardımına imkan vermədi-2

Bu barədə "Amerikanın Səsi" radiosunun jurnalisti Ali Rza Kuluncu twitter səhifəsində yazıb

İran Türkiyənin azərbaycanlılara yardımına imkan vermədi-2
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran Türkiyə "Kızılay" təşkilatının Xoyda baş vermiş zəlzələ ilə bağlı yardım təklifindən imtina edib. Bu barədə "Amerikanın Səsi" radiosunun jurnalisti Ali Rza Kuluncu twitter səhifəsində yazıb.

    "İran rəsmiləri Xoy zəlzələsindən sonra Türkiyə "Kızılay"ının yardım təklifindən imtina edib. Keçmişdə, xüsusən türklərin yaşadığı bölgələrdəki zəlzələlər mövzusunda İran dövlətinin həm bacarıqsızlığına, həm də diskriminativ siyasət yürütdüyünə çox şahid olmuşuq", - deyə jurnalist bildirib.

    Qeyd edək ki, bu yaxınlarda Qərbi Azərbaycan ostanının Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində böyük dağıntılar olub, 3 nəfər həyatını itirib, 1200-dan çox sakin isə yaralanıb. Dağıdıcı zəlzələ səbəbindən minlərlə azərbaycanlı evsiz qalıb.

    Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib.