Abdullahian Türkiyə səfərinin detallarını yazdı
İranın xarici işlər naziri bu barədə twitterdə bəyan edib
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfəri zamanı əldə olunan razılaşmalar barədə məlumat verib. Nazir bu barədə twitter səhifəsində yazıb.
"Prezident Ərdoğan və XİN başçısı Çavuşoğlu ilə görüşdük. İki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrində əməkdaşlığın genişləndirilməsi faydalı oldu. İranda ticarət həcminin, yatırımların, hərtərəfli regional və beynəlxalq əməkdaşlığın artırılmasının qarşısını alan əngəllərin aradan qaldırılması ilə bağlı razılaşdıq", - deyə Abdullahian qeyd edib.