"Xalqıma və bütün vətəndaşlarıma bildirirəm ki, bu çətin vaxtda birlik olmaq lazımdır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda xalqa müraciətində deyib. "Xalqımız çətin vaxtdan keçir, belə bir zamanda birlik olmaq lazımdır. Hazırda çətin vəziyyətdən istifadə edənlər cavab verəcək, xalqımdan da bu mövzuda dəstək istəyirəm. Bunu edənlərə prim vermək lazım deyil. Çünki bizim xalq alicənab xalqdır. Çətin vəziyyətimizdən istifadə edənlər gec-tez cavab verəcək", - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərləri davam edir. O, hazırda Adıyamandadır.
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 18 991 nəfərə çatıb. Zəlzələdə yaralananların sayı 75 523 nəfərdir.