XƏBƏRLƏR / Qonşular

Türkiyədə seçkilər 1 il təxirə salına bilər

Türkiyədə seçkilər 1 il təxirə salına bilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyədə mayın 14-nə təyin edilmiş ümumi seçkilər ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərin nəticələrinə görə qeyri-mümkün ola bilər. Bu barədə TGRT Haber telekanalı məlumat yayıb. Qeyd olunub ki, hakim AKP-nin səlahiyyətli komitələrində seçki tarixinin təxirə salınması ilə bağlı hər hansı qiymətləndirmə aparılmayıb. Amm artıq siqnallar gəlməyə başlayıb. “Digər tərəfdən, müxalif Cümhuriyyət Xalq Partiyasının dəhlizlərində söz-söhbətlər dolaşır. Prezident Tayyib Ərdoğan seçkiləri ən azı 1 il təxirə salacaq”, - məlumatda bildirilib. Telekanal Türkiyə Respublikası Konstitusiyasının 78-ci maddəsinə istinad edir ki, seçkilərin təxirə salınması üçün yeganə istisna müharibə vəziyyətidir. Bundan əvvəl Türkiyə Prezidenti Ərdoğan ölkədə ümumi (həm prezident, həm də parlament) seçkilərin mayın 14-nə təyin edildiyini bildirmişdi.

    Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş vermiş 7,7 və 7,6 bal gücündə zəlzələlər 30 000 insanın ölməsinə və 80 000-dən çox insanın yaralanmasına səbəb olub. Dağıntılar ölkənin 10 şəhərini əhatə edib.