İraq Kürdüstan regionunun Prezidenti Neçirvan Bərzani bu gün İrana səfər edəcək.
"Tasnim" agentliyi xəbər verir ki, Bərzani İranın Ali Rəhbəri Seyid Əli Xamenei, İran Prezidenti İbrahim Rəisi və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.
Qeyd edək ki, Bərzani sonuncu dəfə 2021-ci ilin avqustunda Rəisinin andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.