Ermənilər uydurma "soyqırım" haqda həqiqəti bilmək istəmir
Bunu MPG/Gallup Beynəlxalq Assosiasiyasının sorğusunun nəticələri sübut edir
Ermənistan vətəndaşlarının yarıdan çoxu “Mülki müqavilə”nin deputatı Andranik Köçəryanın soyqırım qurbanlarının adlarının siyahılarının yaradılması təklifini onun tanınması üçün “real əsas” toplamaq çərçivəsində həqiqəti bilmək istəmir.
Bunu MPG/Gallup Beynəlxalq Assosiasiyasının sorğusunun* nəticələri sübut edir.
- Respondentlərin 53,9%-i təşəbbüsün məqsədinin Soyqırım faktının mübahisəli etmək olduğunu bildirib.
- 18,7% - təşəbbüsün məqsədini qurbanların sayını və onların şəxsiyyətini dəqiqləşdirmək adlandırıb.
- 24,3% - cavab verməkdə çətinlik çəkib.
Bundan başqa Ermənistan vətəndaşlarının 80%-dən çoxu hətta beynəlxalq strukturların zəmanət verdiyi sülh və təhlükəsizlik şəraitində belə azərbaycanlılarla birgə yaşamağa hazır deyil.
- Respondentlərin 75,7%-i qətiyyən hazır deyil.
- 6,1% - hazır deyil.
- 6,2% - mütləq hazırdır.
- 9,6% - olduqca hazırdır.
- 2,4% - cavab verməkdə çətinlik çəkib.
*Aprelin 22-dən 25-dək Ermənistanda telefonla keçirilən sorğuda 1100 respondent iştirak edib.