XƏBƏRLƏR / Qonşular

İran və Rusiya dəniz sanksiyalarından gizli yollarla yayınır

Bu barədə "Euronews" kanalı məlumat yayıb

İran və Rusiya dəniz sanksiyalarından gizli yollarla yayınır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Britaniyanın nüfuzlu analitik mərkəzi Royal United Services İnstitutunun yeni hesabatına görə, Rusiya, İran və Şimali Koreya beynəlxalq dəniz sanksiyalarından yayınmaq üçün getdikcə daha mürəkkəb və aldadıcı üsullardan istifadə edirlər.

    Tədqiqatçılar xəbərdarlıq edirlər ki, gəmilərin qeydiyyatı sistemində struktur islahatları aparılmasa, bu ölkələrə qarşı sanksiyaların effektivliyi ciddi şəkildə zəifləyə bilər.

    Hesabat əsas taktikaları müəyyən edir:

    • Gəmi sahiblərinin gizlədilməsi;
    • Avtomatik İdentifikasiya Sistemlərinin (AIS) söndürülməsi;
    • Gəmilərin nəzarəti zəif olan ölkələrdə qeydiyyata alınması;
    • Saxta bayraqlardan istifadə.