Türkiyədə təyyarə bomba xəbərdarlığı aldı
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb
Türkiyədə Ankara – Ərzincan reysini həyata keçirən təyyarədə bomba olmasına dair xəbərdarlığın əsassız olduğu məlum olub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, Esenboğa hava limanına qayıdan təyyarə rahat şəkildə eniş edib və təhlükəsiz parklanma yerinə aparılıb.
Sərnişinlər təxliyə edildikdən sonra hava nəqliyyatı vasitəsində mütəxəssis qruplar və qoxuya həssas köpəklər tərəfindən axtarış aparılıb.
Sərnişinlərə və onların baqajına da baxış keçirilib.
Polis qruplarının təyyarədə apardığı axtarışlar nəticəsində xəbərin yalan olduğu aydın olub.