XƏBƏRLƏR / Qonşular

Şoyqu İranda Azərbaycanla münasibətləri müzakirə edib

Rusiya TŞ-nın katibi İranın Prezidenti və Ali Milli TŞ-nın katibi Əli Əkbər Əhmədianla görüşüb

Şoyqu İranda  Azərbaycanla münasibətləri müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şoyqu İrana elan olunmamış səfərlə gəlib.

    Şoyqu İranın Prezidenti və Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb, Rusiya liderinin mesajını çatdırıb. Bundan əvvəl o, Bəşər Əsəd və Kim Çen Inla danışıqlar aparıb.
     
    "RT" xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu elan olunmamış səfərlə İrana gəlib. O, İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.

    İRNA-nın qeyd etdiyi kimi, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən İran və Azərbaycan arasında münasibətləri müzakirə ediblər. Həmçinin agentliyin məlumatına görə, Şoyqu ilə İran lideri Məsud Pezeşkian arasında danışıqlar planlaşdırılır və o, Rusiya Prezidenti Vladimir Putinin mesajını çatdırmaq niyyətindədir.