Overçuk və Mustafayev Moskvada görüşüblər
Hökumətlərarası Komissiyanın həmsədrləri nəqliyyat, təhsil, ətraf mühitin mühafizəsini müzakirə ediblər
Moskvada Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.
Tərəflər ikitərəfli ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın cari məsələlərini müzakirə ediblər. Nəqliyyat, təhsil, ətraf mühitin mühafizəsi sahələrində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.