XƏBƏRLƏR / Qonşular

Abbas Araqçı xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Bu barədə “Tasnim” məlumat yayıb

Abbas Araqçı xarici işlər naziri vəzifəsinə təsdiqləndi
Abbas Araqçı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran parlamenti Abbas Araqçını xarici işlər naziri vəzifəsinə təsdiqləyib.

    Bu barədə “Tasnim” məlumat yayıb.

    İran parlamentinin (İslam Şurası) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası təklif olunan xarici işlər naziri Abbas Araqçının səlahiyyətlərini, planlarını və fəaliyyətini təsdiqləyib.

    Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian avqustun 11-də 14-cü hökumətdə xarici işlər naziri vəzifəsinə Abbas Araqçını təqdim etmişdi.