XƏBƏRLƏR / Qonşular

Əli Əsədov Türkiyədə “Azərbaycan Məhəlləsi”ni təftiş edib

Baş nazir zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində aparılan tikinti işlərinin gedişi ilə tanış olub FOTO

Əli Əsədov Türkiyədə “Azərbaycan Məhəlləsi”ni təftiş edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Kahramanmaraşdakı “Azərbaycan Məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

    Baş nazir tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarb verib.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək verib.