Paşinyan: Sərhəd dirəkləri təhlükəsizliyimizin təminatıdır
Bunu Ermənistanın baş nazir bu gün keçirdiyi mətbuat konfransında deyib YENİLƏNİR
Baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib ki, Tavuşdakı sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin təminatıdır
Bu gün Ermənistanda baş verənlər təhlükəsizlik zəmanətlərinin yaradılmasıdır, çünki “əvvəlki təminatlar nəticə vermədi”.
O, bu təminatları gücləndirmək və bu dirəklərin sayını artırmaq üçün əlindən gələni edəcəyinə söz verib.
"Ermənistan öz suveren qərarı ilə tarixdə ilk dəfə sülh gündəmi yaradır", - Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı deyib.
"Prosesin bir məqsədi var - müharibəni mənasız etmək, onu bütün əsaslardan məhrum etmək,"- baş nazir mətbuat konfransında bildirib - "İndi Tavuşda delimitasiya işləri 90% yerinə yetirilib və proses nə qədər uzağa gedirsə, müharibə bir o qədər məntiqsiz olur."
Daha sonra Paşinyan deyib: "Delimitasiya prosesini bu gün də dayandıra bilərik. Bəs sonra nə olacaq? Sonra çox sadə şey olacaq - müharibə. Bu müharibənin məqsədi, mən əminəm ki, ilkin məqsəd delimitasiyanın qarşısını almaqdır. Üstəlik, bu halda müharibə müəyyən dərəcədə qeyri-qanuni olmayacaq.
Delimitasiyaya son qoyulmasını tələb edən qüvvələr, o cümlədən xarici qüvvələrin dəstəyi ilə Ermənistan ərazisinin bir hissəsini işğal etdirmək üçün hər şeyi edəcəklər ki, bundan istifadə edərək ölkədə hakimiyyəti dəyişsinlər."