XƏBƏRLƏR / Qonşular

Putinin Rəisi ilə görüşü 5 saatdan artıq çəkib VİDEO

Putin və Rəisi Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər

Putinin Rəisi ilə görüşü 5 saatdan artıq çəkib VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisinin Kremldə danışıqları başa çatıb.

    Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    Görüş beş saatdan çox davam edib.

    Gündəliyə həm ikitərəfli, həm də beynəlxalq mövzular daxil edilib.

    Putin və Rəisi Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti də müzakirə ediblər.

    Xatırladaq ki, Putin-Rəisi danışıqları Kremldə keçirilir.

    Prezidentlər əvvəl təkbətək görüşüblər. Daha sonra isə danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.