Ermənistanla Rusiyanı birləşdirən yeganə yolun keçdiyi Gürcüstanla Rusiya arasındakı "Yuxarı Lars" keçid məntəqəsi bütün nəqliyyat növləri üçün açılıb.
Bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Belə ki, Gürcüstanın Yol Departamenti Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudari-Kobi hissəsində ağır yük maşınları üçün qoyulan məhdudiyyətlərin götürüldüyünü açıqlayıb.
Yük daşımaları və oturacaq yeri 30-dan çox olan avtobuslar əks rejimdə keçirilir.
Rusiya tərəfi də öz növbəsində Vladiqafqaz-Lars hissəsində hər iki istiqamətdə bütün növ nəqliyyat vasitələri üçün hərəkəti açdığını elan edib.