Türkiyə Prezidenti R.T.Ərdoğanın Yunanıstan səfəri
Afinada Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Strateji Şurasının iclası keçiriləcək
16:25
Afinaya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
Nazirlər Kabinetinin binasında baş tutan görüş mətbuata qapalı keçirilib.
Görüşdə iki ölkənin rəsmiləri iştirak ediblər. Görüşdən sonra Ərdoğan ilə Mitsotakisin mediaya birgə açıqlama vermələri gözlənilir.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin dəvəti ilə Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısında iştirak etmək üçün Yunanıstanda rəsmi səfərdədir.
***
14:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın paytaxtına gələrkən Afinada keçiriləcək Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Strateji Şurasının iclasının iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcəyini bildirib.
O, Yunanıstan Prezidenti Katerina Sakellaropulou ilə görüşüb.
"Altı ildən sonra yenidən Afinada olmaqdan çox şadam... Bu gün böyük bir nazir heyəti ilə buradayıq. Nazirlərimiz çox mənalı görüşlər keçirəcək. Məqsəd ticarət həcmini 5,5 milyard dollardan 10 milyard dollara çatdırmaqdır", -deyə Ərdoğan bildirib.
Sakellaropulou öz növbəsində qeyd edib ki, iki ölkə arasında gərginliyin azalması əməkdaşlığın gələcək inkişafına müsbət təsir göstərəcək.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edib.
TRT xəbər verir ki, onu daşıyan təyyarə Afinaya yola düşüb.
Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci iclası çərçivəsində rəsmi səfər etdiyi Yunanıstanda prezident Katerina Sakelaropulu ilə ikitərəfli görüşündən sonra Baş nazir Kiryakos Mitsotakis ilə görüşəcək.
Prezident Ərdoğan Mitsotakis ilə birgə mətbuat konfransından sonra iş yeməyinə qatılacaq.
Ərdoğanın Afinaya səfəri zamanı Türkiyə-Yunanıstan münasibətlərində “qazan-qazan” prinsipi çərçivəsində atılacaq addımlar müzakirə olunacaq. Mübahisəli məsələlərlə bağlı dialoq kanallarını açıq saxlamaq üçün proses müzakirə olunacaq. Müxtəlif sahələrdə əməkdaşlıq üçün zəmin yaratmaq üçün yol xəritəsi yaradılacaq.
Prezident Ərdoğanı Afina "Eleftherios Venizelos" beynəlxalq hava limanında Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis, Türkiyənin Afinadakı səfiri Çağatay Erciyes və digər əlaqədar şəxslər qarşılayıblar.
Ərdoğanı xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, daxili işlər naziri Ali Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu müşayiət edir.