XƏBƏRLƏR / Qonşular

Tezliklə “Tramp marşrutu” üzrə işlərə başlanılacaq

Bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn deyib

Tezliklə “Tramp marşrutu” üzrə işlərə başlanılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tezliklə “Tramp marşrutu” layihəsi üzrə işlərə başlanılacaq.

    Ermənistan mediası xəbər verir ki, bu barədə ABŞ səfiri Kristina Kuinn bildirib.

    O qeyd edib ki, “Tramp marşrutu” layihəsinin və Vaşinqtonda imzalanmış memorandumların icrası üzrə hökumətlərarası işçi qruplar ilin sonuna qədər ilk iclaslarını keçirəcəklər.

    Səfirin sözlərinə görə, ABŞ və Ermənistan artıq layihənin planlaşdırılması və icrası ilə məşğul olacaq strukturları formalaşdırırlar.

    “İşçi qrupları yaradılıb və tezliklə işə başlayacaqlar”, - diplomat əlavə edib.