XƏBƏRLƏR / Qonşular

Rusiya Polşada aranı qarışdırmağa cəhd edib

Baş nazir Donald Tusk: Rusiya ilə koordinasiyalı şəkildə təxribat planları quran 32 nəfər həbs olunub

Rusiya Polşada aranı qarışdırmağa cəhd edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polşada Rusiya ilə koordinasiyalı şəkildə təxribat planları quran 32 nəfər həbs olunub.

    Bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.

    Onun sözlərinə görə, saxlanılanlardan bir nəfər mühakimə olunub, digərlərini isə məhkəmə prosesi gözləyir.

    Həbs olunanlar arasında polyaklar, ukraynalılar, ruslar, belaruslar və bir kolumbiyalı var.