İranın Azərbaycanla sərhəddindəki bölgədə xalq etirazları
Gilan əyalətinin Xomam şəhərində sakinlər şəhərdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq küçələrə çıxıblar FOTO/VIDEO
 
                                Bu gün İranın Gilan əyalətinin Xomam şəhərində sakinlər şəhərdə elektrik enerjisinin verilişində tez-tez fasilələrin yaranmasına etiraz olaraq küçələrə çıxıblar. Narazı əhali enerji təminatındakı fasilələrin gündəlik həyat və iş şəraitinə ciddi təsir etdiyini vurğulayaraq, problemin aradan qaldırılmasını tələb edib.

Şahidlərin sözlərinə görə, etiraz dinc şəkildə keçirilsə də, təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün müdaxiləyə əl atıblar. Sosial mediada yayılan görüntülərə əsasən, bəzi hallarda polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurmalar yaşanıb.
VIDEO
İnsanlar su və elektrik enerjisinin kəsilməsinə etiraz etmək üçün küçələrə axışıb. Aksiya iştirakçıları “mollalar yoxa çıxmalıdır!” şüarları səsləndiriblər. Şəhərin bəzi mərkəzi küçələri bağlanıb.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqə
									1 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            