Yuxarı Lars yenidən yük maşınlarının keçidi üçün bağlanıb
Bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb
Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu yenidən yük maşınları üçün bağlanıb.
Bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb. Bildirilib ki, qar və çovğun səbəbilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepansminda-Lars yolunun Qudauri-Kobi seksiyasında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Digər növ nəqliyyat vasitələrinin hərəkətinə isə icazə verilir.