Türkiyədə inflyasiya birrəqəmli səviyyəyə nə vaxt düşəcək?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqqlama verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakimiyyətin respublikada yüksək inflyasiyanın birrəqəmli səviyyəyə endirmək əzmini təsdiqləyib. Onun sözlərinə görə, inflyasiyanın azalması yay aylarından başlayacaq.
“Bölgəmizdəki müharibələrə və böhranlara baxmayaraq, biz iqtisadi proqramımızı qətiyyətlə həyata keçiririk. Fevralda işsizlik səviyyəsi 8,7% təşkil edib. Bununla belə, əmək bazarımızda disbalans olduğunu görürük. Yaşayış dəyəri və əmək haqqı problemlərini həll etmək üçün lazımi addımları atırıq. Biz inflyasiyanın birrəqəmli rəqəmlərə endirilməsini hədəfləyirik. İllik inflyasiya yay aylarında azalmağa başlayacaq”, - deyə Ərdoğan Ankarada sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Qeyd edək ki, aprel ayının sonunda Türkiyədə inflyasiya, rəsmi məlumatlara görə, bir ay əvvəl 68,5%-ə nisbətdə illik 69,8%-ə çatıb. Türkiyənin maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, yerli hakimiyyət orqanları iyun ayından inflyasiyanın sürətlə azalacağını gözləyir. İlin sonuna qədər Türkiyə Mərkəzi Bankı bunu 36% səviyyəsində proqnozlaşdırır.