XƏBƏRLƏR / Qonşular

Gürcüstan neft məhsullarını İrəvana hansı şərtlə ötürəcək?

Daha əvvəl Azərbaycandan Ermənistana tranzit üçün rəsmi Tbilisi hər tona 92 dollar rüsum tələb etmişdi

Gürcüstan neft məhsullarını İrəvana hansı şərtlə ötürəcək?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının birdəfəlik, pulsuz tranzitinə razılıq verib.

    Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfdaşlarından Gürcüstan ərazisi vasitəsilə Ermənistana birdəfəlik, pulsuz tranzit üçün sorğu aldığını bildirib. Nazirlikdən verilən açıqlamada bildirilib ki, tərəflər Gürcüstanın Baş naziri Kobaxidzenin qərarı barədə məlumatlandırılıblar.

    Azərbaycan mediası daha əvvəll Gürcüstan tərəfinin bu 111 kilometrlik hissədə ton üçün 92 dollar tarif tələb etdiyini bildirmişdi ki, bu da ton üçün kilometrə 0,82 dollar təşkil edir ki, bu da Azərbaycanla Gürcüstan arasında qüvvədə olan digər dəmir yolu tariflərindən dəfələrlə yüksəkdir.