XƏBƏRLƏR / Qonşular

Ermənilər Avronestin təxribatçı qətnaməsini özləri rədd edib

Qətnaməni hərbi canilər Köçəryan-Sarkisyan cütlüyünün "cib" deputatları və iki adı çəkilməyən Avropa deputatı təklif edib

Ermənilər Avronestin təxribatçı qətnaməsini özləri rədd edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın hakim partiyasının üzvləri Qarabağı könüllü olaraq tərk edən ermənilərin beynəlxalq təhlükəsizlik zəmanətləri altında Azərbaycana qayıtmaq hüququnu tələb edən təxribatçı "Avronest" qətnaməsinə əleyhinə səs veriblər.

    "Mülki Müqavilə" partiyasından olan deputatlar təxribatçı qətnaməni rədd ediblər.

    Yerevanda keçirilən Avronest Parlament Assambleyasının iclasında məsələ hərbi canilər Robert Köçəryan və Serjik Sarkisyanın "cib" deputatları və adı çəkilməyən iki sosialist Avropa Parlament üzvü tərəfindən qətnaməyə düzəliş kimi irəli sürülüb.