Mollalar etnik dillərdə ədəbiyyatın tədrisini qadağan etdi
İran parlamenti səs çoxluğu ilə ana dilində tədrisi nəzərdə tutan layihəni rədd etdi

İran parlamenti məktəblərdə yerli və etnik dillərdə ədəbiyyatın tədrisinə qarşıdır.
İştirak edən 246 deputatdan 130-u ədəbiyyatın həftədə iki saat ana dilində tədrisini nəzərdə tutan layihənin əleyhinə səs verib, 104-ü təşəbbüsü dəstəkləyib, daha 5-i isə bitərəf qalıb.