Gürcüstanda NATO və Aİ üzrə Məlumat Mərkəzi bağlanır
Məlumatı Gürcüstan XİN yayıb

Gürcüstanda NATO və Aİ üzrə Məlumat Mərkəzi bağlanacaq.
Məlumatı Gürcüstan XİN yayıb.
Bildirilib ki, mərkəz yenidən təşkilatlandırma nəticəsində Gürcüstan XİN-ə birləşdiriləcək.
Qeyd edək ki, NATO və Aİ İnformasiya Mərkəzinin əməkdaşları işdən çıxarılmaları ilə bağlı məlumat yayıblar. Həmin məlumata əsasən, mərkəzin 1 iyul 2025-ci ildə ləğvi planlaşdırılıb.