XƏBƏRLƏR / Qonşular

Mövqelərimizə tərəf silah tuşlayan erməni saxlanılıb?

Azərbaycan sərhədində törədilən təxribat haqda Ermənistanın "Aravot" qəzeti yazır YENİLƏNİB

Mövqelərimizə tərəf silah tuşlayan erməni saxlanılıb?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:00

    “Sputnik Armenia” İstintaq Komitəsi bu yaxınlarda açılan cinayət işi üzrə saxlanılanların olmadığını və araşdırma aparıldığını bildirib.

    Nəşrlərin hansının ("Aravot" ya "Sputnik Armenia") yalan yazdığını müəyənləşdirmək mümkün olmayıb.

    ***

    15:28

    Ermənistan KİV-i Azərbaycan postlarına tapança tuşlayan Ermənistan vətəndaşının saxlanması barədə məlumat yayıb.

    "Aravot.am"-ın məlumatına görə, bir neçə həftə əvvəl Gorus Şəhər Polis İdarəsinə Dığ icmasının inzibati ərazisində yerləşən sərhəddə “Nissan” markalı avtomobilin sürücüsünün Azərbaycan əsgərləri tərəfə silahı tuşlaması barədə siqnal daxil olub. Polis əməliyyat yoxlamasından sonra Gorusda üç nəfəri - 32, 45 və 21 yaşlı kişini saxlayıb və şöbəyə aparıb.

    Eçmiədzində yaşayan 32 yaşlı kişi bildirib ki, sərhəddə olarkən qəzəblə və onları qorxutmaq məqsədilə pnevmatik tapançanı çıxararaq Azərbaycan əsgərlərinə tuşlayıb.

    Qəzetin sorğusuna cavab olaraq, Ermənistanın İstintaq Komitəsi bildirib ki, sözügedən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsi, Gorus Polis İdarəsi, Ermənistan İstintaq Komitəsinin Sünik (Zəngəzur) vilayət istintaq idarəsi tərəfindən daxil olmuş məlumat əsasında cinayət işi başlanıb, ibtidai araşdırma aparılır.