İran hal-hazırda uran zənginləşdirmir,nüvə silahı hazırlamır
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossi bəyan edib
Qrossinin sözlərinə görə, İran hazırda aktiv şəkildə uranı zənginləşdirmir və nüvə silahı hazırlamır.
AEBA-nın direktoru Rafael Qrossi mətbuat konfransında Tehranın nüvə silahının yayılmaması rejiminə riayət etməyə razı olduğunu bildirib.
"İran cavab olaraq bizimlə əməkdaşlığı nəzərdən keçirmək niyyətində olduğunu bildirib. Lakin 60%-ə qədər zənginləşdirilmiş uran hələ də İrandadır. Bu, müzakirə etdiyimiz məsələlərdən biridir, çünki geri qayıtmalı və ölkədəki nüvə materiallarının başqa məqsədlər üçün istifadə edilməməsini təmin etməliyik. Bu, çox, çox vacibdir", - Qrossi deyib.
AEBA-nın direktoru hesab edir ki, Tehran uranı silah üçün istifadə etmək qərarına gələrsə, İranın mövcud material ehtiyatları 10 nüvə bombası hazırlamaq üçün kifayətdir.
1 dəqiqədən az