İran öz nəqliyyat təyyarəsinin uçuş sınağını həyata keçirdi
Bunu İranın müdafiə naziri Məhəmməd Aştiani deyib
İranın təyyarə istehsalat şirkəti tərəfindən yığılan “Simurq” nəqliyyat təyyarəsinin uçuş sınaqları keçirilib.
"Tasnim" agentliyi xəbər verir ki, bunu İranın müdafiə naziri Məhəmməd Aştiani deyib.
“Təyyarənin uçuş sınaqları İran mülki aviasiya təşkilatının köməyi ilə həyata keçirilir. Sınaqlardan sonra “Simurq” ölkənin təyyarə parkına daxil ediləcək”, - deyə nazir bildirib.
Hazırda bu modeldən olan ikinci təyyarənin yığıldığını deyən Məhəmməd Aştiani laynerin hazırlanması barədə göstərişin mərhum prezident İbrahim Rəisi tərəfindən verildiyini xatırladıb. O, həmçinin təyyarənin bəzi hissələrinin İranda istehsal olunduğunu, digər hissələrinin isə bir sıra xarici ölkələrlə əməkdaşlıq sayəsində əldə edildiyini vurğulayıb.
İRNA agentliyinin məlumatına görə, turbovintli mühərriklə təchiz olunan və saatda 530 kilometr sürətlə uça bilən “Simurq” altı tonadək yükün daşınması üçün nəzərdə tutulub.