Abbas Əraqçi Azərbaycanla sərhədin açılmasında israr edir
İranın xarici işlər naziri bunu münasibətlərimizdə əsas mövzulardan biri hesab edir
İranın xarici işlər naziri Abbas Əraqçi: "Sərhədlərin açılması Azərbaycan Respublikası ilə münasibətlərimizdə əsas mövzulardan biridir.
Son bir il ərzində ölkəmizin Prezidenti ilə Azərbaycan Prezidenti arasında keçirilən hər görüşdə, eləcə də Azərbaycan Xarici İşlər Naziri ilə görüşlərimdə və iki ölkənin rəsmiləri arasında bütün səfərlər və görüşlər zamanı bu sərhəddə sərnişin daşınmasının bağlanması məsələsi qaldırılıb.
Onlar [Azərbaycan] iddia edirlər ki, ölkələrinin bütün sərhədləri bağlıdır və bu, yalnız İrana aid deyil. Lakin Azərbaycan Respublikası bu məsələni nəzərdən keçirəcəyinə və yenidən nəzərdən keçirəcəyinə söz verib və biz bunu gözləyirik".
1 dəqiqədən az