Katolikos və İran səfiri Zəngəzur dəhlizini müzakirə edib
Bu barədə erməni mənbələri yazıblar
Kilikiya Böyük Evinin katolikosu I Aram İranın Livandakı səfiri Müctəba Əmani ilə görüşüb.
Bu açıqlama Kilikiya Böyük Evinin Katolikosluğunun mətbuat xidməti tərəfindən yayılıb.
Görüş zamanı Papa XIV Leonun Livana səfəri, ölkədəki vəziyyət, Ermənistan-İran münasibətləri və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə olunub.
1 dəqiqədən az