XƏBƏRLƏR / Qonşular

İran Türkiyə istiqamətində daha bir raket buraxdı

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb

İran Türkiyə istiqamətində daha bir raket buraxdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrandan Türkiyə istiqamətində buraxılan daha bir (üçüncü - ANSPress) raket Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilib.

    Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Türkiyənin hava səmasına daxil olan İrandan atılmış ballistik raket Şərqi Aralıq dənizində NATO HHM sistemləri tərəfindən zərərsizləşdirilib.

    Qeyd edək ki, gecə saatlarında Adanada, Batmanda və Diyarbəkirdə ballistik raketin zərərsizləşdirildiyi an bir çox vətəndaş tərəfindən müşahidə edilib.