XƏBƏRLƏR / Qonşular

Rusiya İrana humanitar yardımı Lənkərandan göndərib

Rusiya FHN-nin “İl-76” təyyarəsi Lənkəran hava limanında enəndən sonra yardım yük maşınları ilə İrana aparıldı

Rusiya İrana humanitar yardımı Lənkərandan göndərib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya İrana humanitar yardım göndərib.

    Humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib.

    On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.

    Humanitar yardım İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənərək  “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınıb.

    Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.