XƏBƏRLƏR / Qonşular

Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini deyib

İran Prezidenti ilk mətbuat konfransını keçirir YENİLƏNİR

Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini deyib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:30

    Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və digər dövlətlərlə müştərək layihələrin gerçəkləşdirilməsi imkanları nəzərdən keçirilir.

    Bunu bugünkü mətbuat konfransında İran Prezidenti Məsud Pezeşkian deyib.

    O, həmçinin xarici sərmayələrin cəlbi üçün azad bazarların yaradılmasının müzakirə olunduğunu söyləyib. İran lideri bildirib ki, ölkəsi diplomatik münasibətləri ədalətli və məqsədyönlü şəkildə həyata keçirmək niyyətindədir.

    ***

    17:15

    Yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyəm.

    Bu barədə İran Prezidenti Məsud Pezeşkian ilk mətbuat konfransında deyib.

    “Türkiyə bizim dostumuz və qardaşımızdır”, - İran Prezidenti qeyd edib.

    ***

    16:55

    İran Prezidenti Yəmən husilərinə hipersəs silahlarının ötürülməsini təkzib edib.

    Bir gün əvvəl Yəmən husiləri Təl-Əvivə hücumun hipersəs ballistik raketdən istifadə edildiyini bildirmişdilər.

    ***

    Bu gün İranın 14-cü hökumət başçısı Məsud Pezeşkiyanın ilk mətbuat konfransı İslam ölkələri sammitinin zalında yerli və xarici mediadan 300-dən çox jurnalistin iştirakı ilə başlayıb.

    “FATF ( The Financial Action Task Force - Maliyyə Fəaliyyəti İşçi Qrupu-red.) müzakirələrini həll etməkdən başqa seçimimiz yoxdur. İran Prezidenti yoxsulluqla necə mübarizə aparmağı, sanksiyaları aradan qaldırmağı və iqtisadiyyatı yaxşılaşdırmağı planlaşdırdığı sualına cavabında deyib.

    İRNA yazır: "FATF, guya terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və beynəlxalq maliyyə sistemini qorumaq üçün ABŞ və onun Qərb müttəfiqləri tərəfindən yaradılan məcburi olmayan tənzimləyici qurumdur.

    Pezeşkian İraqa son səfərini, o cümlədən Kürdüstan bölgəsinə və Bəsrəyə səfərlərini və burada yerli rəsmilərlə danışıqlar apardığını xatırladaraq, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinin vacibliyini də vurğulayıb.

    "Onlar bizimlə strateji proqramlar və birgə layihələr hazırlamaqda maraqlı idilər", - o qeyd edib.

    İran Prezidenti daha sonra deyib ki, Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə və digər qonşu dövlətlərlə də oxşar əməkdaşlıq səyləri yaradıla bilər.

    O, xarici sərmayələri cəlb etmək və diplomatik əlaqələri gücləndirmək üçün azad bazarın yaradılmasının vacibliyini vurğulayıb.