XƏBƏRLƏR / Qonşular

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan etdi

Layihənin lehinə 84 deputat yekdilliklə səs verib

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan parlamenti nəhayət LGBT təbliğatını və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsini qəbul edib

    Layihənin lehinə 84 deputat yekdilliklə səs verib. Qanun layihəsi prezident tərəfindən imzalandıqdan və Gürcüstanın "Legislative Gazette" saytında dərc edildikdən sonra qüvvəyə minəcək. Müxalifət səsvermədə iştirak etməyib.

    Qeyd edək ki, Gürcüstan parlamenti birpalatalıdır və 150 deputatdan ibarətdir. 77 deputat siyahı üzrə, 73 deputat birmandatlı dairələrdən seçilir. Bütün deputatlar ümumi seçki hüququ əsasında 4 il müddətinə seçilirlər.