Putin sərəncamı ilə ordusunun sayını artırdı FOTO
Sonuncu dəfə Rusiya silahlı qüvvələrinin sayı 2023-cü ilin dekabrında artırılmışdı
Rusiya Prezidenti Vladimir Putin öz sərəncamı ilə silahlı qüvvələrin şəxsi heyətinin sayını 2 milyon 389 min nəfərə, o cümlədən 1,5 milyon hərbi qulluqçuya çatdırıb.
Əvvəlki dəfə ştat səviyyəsi 2023-cü ilin dekabrında artırılmışdı, bu, 2 milyon 209 min 130 nəfər, o cümlədən 1 milyon 320 min nəfər hərbi qulluqçu idi.