
Ölkələr arasında münasibətlərdə həmişə cari vəziyyətdən irəli gələn hansısa məsələlər yaranır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən mətbuat konfransında Azərbaycanda bloklanmış "RİANovosti" agentliyi müxbirinin sualına cavabında bildirib.
SUAL: Son zamanlar Bakıdan Rusiyanın ünvanına müxtəlif bəyanatlar səslənir. Və sizdən öyrənmək istəyərdik ki, siz özünüz münasibətlərimizin vəziyyətini necə qiymətləndirirsiz? Bizim ölkələrimizin cari vəziyyəti və ümumiyyətlə aramızda nə baş verib və dialoqu necə qaydaya salmaq olar?
CAVAB: Siz dediz ki, sual vermək istəyisiz, amma dördünü birdən verdiz. Olar ki, mən qısa cavab verim? Münasibətlərdə həmişə mövcud vəziyyətə və ya siyasi konyukturaya görə bəzi suallar yaranır. Problemlər var, amma bu gün biz prezident Əliyevi salamladıq, mən onu və xanımını salamladım, bir neçə kəlmə danışdım.
Amma mən inanıram ki, Azərbaycanla Rusiya arasında əsaslı münasibətlər və onların inkişafında qarşılıqlı maraq sonda hər şeyi öz yerinə qoyacaq.