Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq rəhbəri Özgür Özel və 90 millət vəkili partiyadan istefa verib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, Ö.Özel CHP-dən istefa etdikdən sonra YENİ Partiyanın (YENİ Parti) Təsisçilər Şurasına qatılıb və təşkilatın təsis sənədlərini imzalayıb.
Qeyd edək ki, 2026-cı il mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CHP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.
1 dəqiqədən az