XƏBƏRLƏR / Qonşular

Gürcüstanda böyük elektrik kəsintiləri baş verib YENİLƏNİB

Elektrik enerjisinin verilməsi bərpa olunmağa başlayıb

Gürcüstanda böyük elektrik kəsintiləri baş verib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:31

    Cümə günü gecə saatlarında elektrik sisteminin fövqəladə dayandırılmasından sonra Gürcüstana elektrik enerjisinin verilişi demək olar ki, tam bərpa olunub.

    Qəzanın səbəbləri açıqlanmır. Bundan əvvəl mətbuatda Gürcüstanın ən böyük İnquri SES-də qəza baş verməsi barədə məlumat yayılmışdı.

    ***

    01:49

    Gürcüstanda böyük elektrik kəsintiləri baş verib.

    Tbilisi, Batumi və digər şəhərlərdə elektrik kəsintiləri baş verib. Gürcüstanda kütləvi elektrik kəsintilərinin səbəbi hələ də məlum deyil.

    Gürcüstanda baş verən kütləvi elektrik kəsintiləri səbəbindən GWP nasos stansiyaları avtomatik olaraq fəaliyyətini dayandırıb.

    Elektrik enerjisinin verilməsi bir saatdan çox davam edən fasilədən sonra bərpa olunmağa başlayıb.

    Dövlət Elektrik Sisteminin məlumatına görə, artıq Tbilisinin əksər hissəsində və Mtsxeta-Mtianeti bölgəsində elektrik enerjisi bərpa olunub.